"Facebook” şirkəti yeni "Messenger Kids” proqramını istifadəyə verir. Yeni əlavə valideynlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.
İcmal.Az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.
"Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, - şirkətin məlumatında qeyd olunur.
"Messenger Kids” proqramı valideynlərin səhifəsi vasitəsilə nəzarət olunur. Bununla da uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.
Yeni əlavədə reklam yerləşdirilməyəcək.
İcmal.Az