67 saylı orta məktəbdə Heyvanları Müdafiə Günü ilə bağlı maraqlı tədbir keçirilib - VİDEO+FOTOLAR

OXUNUB: 35 SOSİAL

Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakı şəhərində yerləşən 67 saylı orta məktəbin ibtidai siniflərində tədbir təşkil edilib.

1-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə körpələr heyvanlarla bağlı şeirlər, tapmacalar, atalar sözləri deyiblər. Məktəbin 1B sinfinin müəllimi Təranə Şükürovanın sözlərinə görə, tədbirdə həmçinin uşaqlara heyvanları ovlamağın qadağan olunması, onların qorunması haqda maarifləndirici məlumatlar verilib. Hər bir sinif ayrılıqda bu cür tədbir keçirib. T.Şükürovanın sözlərinə görə, uşaqlara mövzu üzrə oyuncaqlar üzərində əyani məlumatların verilməsi onların yaddaşında həmişəlik iz buraxacaq və onlarda heyvanlara, ətraf aləmə sevgi oyadacaq.

Qeyd edək ki, 4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür. Bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsi aparılan yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin hadisə əhatə dairəsini genişləndirərək, dünyadakı heyvanların bütün növlərinə şamil olunub.
4 oktyabr tarixi heç də təsadüfi seçilməyib. Heyvanların müdafiəsinə qalxan ilk insanlardan olan Mahatma Qandinin ad günü məhz oktyabrın 4-dür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Heyvan müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, planetimizdə insanlar tərəfindən vəhşi təbiətin, meşələrin qırılması, fauna və flora növlərinin yox edilməsi sürətlə davam edir.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, hər bir saatda dünyada 3 heyvan, hər gün isə 70 fauna və flora növü yox olur. Balıq növlərinin isə 35 faizinin nəsli kəsilib. Bu templə davam edərsə yaxın günlərdə fauna və flora növlərinin 1/4-i yer üzündən silinəcək.

67 saylı orta məktəbin 1B sinfində təşkil olunan tədbirdən fotoları və videonu təqdim edirik:
 
İcmal.Az

67 saylı orta məktəbdə Heyvanları Müdafiə Günü ilə bağlı maraqlı tədbir keçirilib -

RƏYLƏR