23 yaşlı gənc ürəyindən bıçaqlandı

OXUNUB: 768 HADİSƏ

Gecə saat 4 radələrində Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

İcmal.Az "Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əhmədov Qərib Baloğlan oğlu Pirşağı qəsəbəsindəki küçələrdən birində bıçaqlanıb.

O, əvvəlcə tanışı tərəfindən bayıra çağırılıb. Daha sonra tərəflər arasında mübahisə düşüb və sözügedən gənc oğlan ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR