28 yaşlı gəlin ərinə ismarış yazıb evdən getdi -FOTO

OXUNUB: 726 HADİSƏ

Şəmkirdə 28 yaşlı gəlin Bahar İsmayılova bir neçə gündür ki, yaşadığı evdən çıxıb və getdiyi yer barədə heç kimə xəbər vermə

İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisədən bir gün sonra ailəsi və yaxınları qadının itməsi barədə polisə məlumat veriblər və bundan sonra Bahar İsmayılovanın axtarışına başlanılıb. 

Yaxınlarının dediyinə görə, qadının gedə biləcəyi bütün ünvanlar axtarılıb, ancaq nəticəsi olmayıb.

Gəlinin bibisi Durna Babayevanın dediyinə görə, qadın evdən qaçarkən 10 ildir birgə yaşadığı həyat yoldaşı Tural İsmayılova ismarış yazaraq bildirib ki, onu axtarmasın, bir daha evə qayıtmayacaq.

 

İcmal.Az

RƏYLƏR