324 min vergi borcu var, özünə yeni villa tikir – Baba Rzayevin qardaşı barədə FAKTLAR

OXUNUB: 1086 GÜNDƏM HADİSƏ
Ölkənin aparıcı şirkətlərindən biri olan "Göknur Bakı LTD" MMC-nin (VÖEN-1500023181) dövlət büdcəsinə böyük həcmdə - 323 min 844 manat 11 qəpik (26.01.2022-ci il tarixə olan məlumat) vergi borcu var.

"Göknur Bakı LTD" MMC-nin rəhbəri Rahib Hüseynağa oğlu Rzayev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşıdır.

Maraqlıdır ki, dövlət büdcəsinə 324 min manat vergi borcu olan Rahib Rzayev bu yaxınlarda Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 713 kv. metr olan ərazidə 7 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlayıb.

Məlumat üçün onu da qeyd edək ki, "Göknur Bakı LTD" MMC-nin hüquqi ünvanı "Nərimanov rayonu, Ziya Bünyadov  ev 11, məhəllə 2062”da yerləşir. Qeyd olunan ünvanda "Azərenerji” sədrinin digər bir qardaşı  Emin Rzayevin rəhbərlik etdiyi "Bakelektro” MMC adlı şirkət də qeydiyyatdan keçib. 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC bugünə kimi "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi və dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub./yeniavaz.com


RƏYLƏR