51 yaşlı üzgüçü Sakit okeanda İLK REKORDA imza atacaq - DƏHŞƏTLİ SINAQ

OXUNUB: 875 İDMAN

51 yaşlı fransalı üzgüçü Ben Lekomte yeni bir rekorda imza atmaq üzrə yola çıxıb.

İcmal.Az xəbər verir ki, üzgüçü Sakit okeanı üzərək keçən ilk insan ünvanını qazanmaq üçün Yaponiyadan üzməyə başlayıb. Hədəfi isə ABŞ-ın qərb sahilinə çıxmaqdır.

O, bunun üçün hər gün 8 saatdan çox üzmək şərtilə 6 il məşq edib.

Ben Lekomte yol boyunca yırtıcı balıqlar, fırtınalar və meduza sürüləri, həmçinin temperaturu kəskin şəkildə azalan dəniz suyu kimi təhlükələrlə qarşılaşacaq. Ona 9 000 kilometrlik yolda mütəxəssis komandası yoldaşlıq edəcək. Mütəxəssislər həm də okeandakı plastik tullantı yığıntısını, həddən artıq hərəkət etməyin ürəyə təsirlərini və Fukuşima Nüvə Stansiyası faciəsinin okeanı necə dəyişdirdiyini araşdıracaq.

Təcrübəli üzgüçü bu rekorda çatmaqla həm də iqlim dəyişikliyi mövzusuna diqqət çəkməyə çalışır.

ABŞ-da yaşayan Lekomte hər gün açıq dənizdə saatlarla üzərək rekord sınağına fiziki baxımdan hazırlaşıb. Ancaq onun dediyinə görə, işin psixoloji tərəfi fiziki tərəfindən çox daha önəmlidir.

Qeyd edək ki, Lekomte 1998-ci ildə Atlatik okeanını 73 gündə 6,400 kilometr üzərək bunu bacaran ilk insan olub. O, Fransa sahillərinə çatarkən ilk "bir daha əsla” cümləsini işlədib. Lakin o, sonradan verdiyi açıqlamada Sakit okeanı keçmək üçün 3-4 ay sonra fikrini dəyişdiyini və yeni macəraya başlamağa hazır olduğunu deyib.

Lekomte rekord sınağı müddətində hər gün eyni şeyləri edəcək. 8 saat üzəcək, daha sonra gəmiyə çıxacaq, yemək yeyəcək və dincələcək. Enerji səviyyəsini sabit saxlamaq üçün gündə 8 000 kalori yandıracaq.

Gəmi qlobal məkan tanıma cihazı ilə təqib ediləcək və rekord sınağı Lekomtenin internet səhifəsindən yayımlanacaq.

İcmal.Az

RƏYLƏR