Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əziz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ə.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Məmmədov 2016-cı il oktyabrın 26-da Bakı şəhər sakini Nazilə Quliyevanın içərisində 100 manat pul, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib./qafqazinfo
İcmal.Az