Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də saxlanılıb.
DİN-dən İcmal.Az-a verilən məlumata götə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
İcmal.Az