Lənkəranda 80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.
Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.
İcmal.Az