99 MK 632: İnsan həyatını heçə sayan avtobus sürücüsü (VİDEO)

OXUNUB: 710 GÜNDƏM HADİSƏ
Bu gün (20 may) 09:41 radələrində Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsindən Şərifzadə küçəsinə gedən istiqamətdə 39 saylı marşurut xətti ilə sərnişindaşıma fəaliyyəti göstərən 99 MK 632 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobusun sürücüsü əvvəlcə 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxmaqla hərəkət axınının əksinə hərəkət edib, daha sonra svetoforun qadağanedici işığında hərəkəti davam etdirib. 

Görəsən bu sürücü doğurdandamı işinin məsuliyyətini, neçə-neçə insanın həyatına son verə biləcəyini anlamır? Tez-tez avtobus qəzalarında həlak olanlar, illərini məhbəsdə keçirən sürücülər ona ibrət olmayıb? Bəs niyə rəsmi orqanlar hələ də bu problemi həll etməkdə acizdirlər? Videogörüntünü sizə təqdim edirik.
 
İcmal.Az


RƏYLƏR