"Türk Hava Yolları” şirkətinin Bakı ofisinin rəhbəri Hamid Eldeleklioğlu barəsində inzibati iş başlanıb.
O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
529.3-cü maddədə cəza növü olaraq inzibati xətanı törədən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Bu maddədən həm də aydın olur ki, Hamid Eldeleklioğlu barəsində 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddə ilə inzibati protokol tərtib olunub. Bu maddədə fiziki şəхslər 600 mаnаt məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hamid Eldeleklioğlu cəriməni ödəməməsi onun yenidən inzibati qaydada cəzalandırılmasını şərtləndirib.
Hamid Eldeleklioğlu 2022-ci ildə "Türk Hava Yolları”nın Bakı ofisinə rəhbər təyin edilib. O, eyni zamanda şirkətin Gəncə və Naxçıvandakı ofislərinə də rəhbərlik edir.