Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri ölüb.
İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, "Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub.
Hər iki şəxs sürücü tərəfindən təcili 1 saylı şəhər xəstəxanasına gətirilsə də, N.Dünyamalıyev xəstəxanada dünyasını dəyişib. Qadın isə reanimasiya şöbəsinə yerlәşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az