"Access Bank”ın əməliyyat mənfəəti kəskin azalıb - RƏQƏMLƏR

OXUNUB: 874 İQTİSADİYYAT BANK
"Access Bank” 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb. 

7News.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 42 mln. 32 min manat azalaraq 855 mln. 854 min manata enib. Bunun əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 77 mln. 653 min manat azalaraq 458 mln. 775 min manata düşməsidir. Bundan başqa banka yerləşdirilən depozitlərin 33 mln. 399 min manat azalması "Access Bank”ın öhdəliklərinin 760 mln. 30 min manata enməsinə səbəb olub.

Bank 2020-ci ilin yekununda 95 mln. 824 min manatlıq cəmi kapitala sahib olub.

ƏMƏLİYYAT MƏNFƏƏTİ 80% AZALIB

"Access Bank”ın faiz gəliri 94 mln. 227 min manat, faiz xərcləri isə 44 mln. 509 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 49 mln. 718 min manat olub. 

Qeyri-faiz gəlirləri 9 mln. 543 min manat, qeyri-faiz xərcləri isə 57 mln. 247 min manat olan "Access Bank”ın əməliyyat mənfəəti 2 mln. 14 min manat olub. Bu isə 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 11 mln. 161 min manat və ya 80% azdır.  

Bankın xalis faiz gəliri 92 mln. 325 min manat artaraq 2 mln. 621 min manata yüksəlib.

"Access Bank” 2020-ci ili 79 mln. 203 min manat məcmu kapitalla başa vurub.

RƏYLƏR