Azərbaycan avarçəkəni olimpiadaya lisenziya qazandı

OXUNUB: 362 Özəl İDMAN
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.

İdmançı yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə birinci olub (07:40.67/07:40.67).

Bu nəticə ilə avarçəkənimiz əsas A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, buradakı yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib.

Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli üzvü A finalında 2-ci olub.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.

RƏYLƏR