Ağciyər İnstitutunda ölənlərin sayı artır: Daha 2 nəfər vəfat etdi

OXUNUB: 1419 GÜNDƏM Özəl HADİSƏ
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb.


7News.Az oxu.az-a istinadən xəbər verir ki, xəstələrdən biri ötən gün, biri də bu gün vəfat edib.

Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstə əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yə gətirilib.

Həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.

Vəfat edən 1959 -cu il təvəllüdlü digər xəstə isə yanvar ayının 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu ilə İnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən – kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktlarını təsdiqləyib.

Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.

Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur.
 
 
7News.Az

RƏYLƏR