Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Mahrızlı kənd sakini, 69 yaşlı Hümbətov Ziyəddin İsgəndər oğlu yolu keçərkən "VAZ-2107” markalı minik maşınla vurulub. Z. Hümbətov təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Polis şöbəsində araşdırma aparılır. /apa
İcmal.Az