Ağdamda avtomobil 15 yaşlı qızı vurdu

OXUNUB: 1087 HADİSƏ

Bu gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Xındırıstan kəndində Heydərov Saday Arif oğlu idarə etdiyi "VAZ-2107” markalı, 10 MD 477 nömrə nişanlı avtomobillə 15 yaşlı Qasımova Humay Firdovsi qızını vurub. Yeniyetmə aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

İcmal.Az

RƏYLƏR