“Adını dırnaqarası sevgi qoymuşuq” - VİDEO - FOTO

OXUNUB: 676 ŞOU-BİZNES

Xoşlamıram ki, kimləsə aramda problem varsa, çəkiliş çağırıb "mənim filankəslə problemim" var deyə aləmə car çəkim. O bilər, mən bilərəm. Onunla mənim aramda olan problemdir. Bu məsələnin camaata heç bir aidiyyəti yoxdur. Efirdə səsləndirməyin nə mənası var ki?

Bu sözləri ARB Ulduz-un "Virtual Həyat" proqramına açıqlaması zamanı müğənni və meyxana ustadı Vasif Əzimov deyib.

Sənətçi ard-arda mahnı çıxarmağın, sadəcə, yaradıcılıq işi olduğunu söyləyib:

"Bu yaradıcılıq varsa, mən oturub gözləyə bilmərəm. "Canı yanar" mahnım 3-4 il gündəmdə oldu. İndi mən 3-4 il heç nə oxumamalıydım? Ondan sonra "Ölüm ölüm" gəldi. "Canı yanar" mahnım yaddan çıxdı. Bu ifa da üç il getdi. İndi də "Dərdimi dinlə" mahnım çıxıb. Bilmirəm ki, bu mahnının ömrü nə qədər olacaq. Oturub onu gözləyə bilmərəm. Mahnılarım mənim içimdən gələn hisslərdir, həmin hissləri mahnılara boşaltmalıyam".

Sevgi anlayışını dırnağın içərisinə alıb danışan ifaçının sevgi ilə bağlı fikirləri fərqli olsa da, nəticə etibarilə məntiqlidir:

"Biz adını dırnaqarası sevgi qoymuşuq. Əslində, sevgi, istək, hörmət odur ki, ürəyim istəyən insanla 3 saat, 5 il, 20 il bir yerdə ömür keçirdəcəmsə, həmin müddət ərzində ən azından problemlərdən uzaq olasan. O, sənə həmin problemləri unutdursun".

Vasif Əzimovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

İcmal.Az

RƏYLƏR