Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi

OXUNUB: 1813 GÜNDƏM Özəl ŞOU-BİZNES
7NEWS.az xəbər verir ki, tanınmış müğənni, aparıcı Naid Şadxan antiterror əməliyyatının başlanması, eyni zamanda, polis və hərbçilərimizin şəhidlik zirvəsinə ucalması səbəbilə 3 gün ərzində nəzərdə tutduğu bütün proqramlarından imtina edib. 
Qeyd edək ki, dünəndən etibarən Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarına başlayıb. Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
 
 
 

RƏYLƏR