AİDS-lə mübarizə istiqamətində maarifləndirici tədbirlər başa çatır

OXUNUB: 244 QHT

 

"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "QİÇS və HİV-lə mübarizəyə dair maarifləndirici tədbirlərin keçirilməsi” layihəsini yekunlaşdırmışdır.

Layihə Bakı şəhərində narkomaniya və İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) qarşı daha innovativ yollarla maarifləndirmə aksiyaları təşkil etmək və gəncləri bu işə səfərbər etmək idi. Bunun üçün layihə çərçivəsində orta təhsil müəssisələrində geniş təbliğat kampaniyası aparılış, maarifləndirici tədbirlərin təşkil olunmuş, profilaktik aksiyalar keçirilmişdir. Eyni zamanda sosial şəbəkələr üzərindən də təbliğatın aparılmışdır. Minlərlə insan AİDS-lə bağlı maarifləndirici məlumat, şəkil və videomateriallarla tanış olmuşdur. Ümumilikdə 400-dən artıq insanın birbaşa, 1500-dən artıq insanın isə dolayısı ilə bu layihədən faydalanmışdır.

Benefisiarlar tərəfindən yeni ideyaların meydana gəlməsi üçün fəaliyyətlər yalnız təlim, görüş və aksiyalarla yekunlaşmamış, həftə sonlarında müvafiq qrafikə uyğun olaraq, tanınmış həkimlərlə görüşlər təşkil olunmuşdur.

RƏYLƏR