“ÜAK-ın ləğv edilməsi ciddi narahatçılıq, hiddət doğurur və…”- QƏNİRƏ PAŞAYEVADAN RUSİYAYA SƏRT TƏPKİ

OXUNUB: 43 SOSİAL

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi ədalətsiz bir yanaşmadır və kəskin qınayırıq. Bu qərar eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək bir hadisədir. Rusiya Ədliyyə nazirliyinin məsələyə yanaşması onu gösətrir ki bu qurum vəziyyətin yaxşılaşması üçün deyil konkret təşkilatın bağlanılması üçün çalışıb. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirən Moskva bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana gəlincə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyadan bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi heç bir zaman ədalətli mövqe gözləməyin mümkünsüz olduğunu bir daha ortaya qoydu.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva öz "Facebook” statusunda yazıb.

Statusu olduğu kimi, təqdim edirik:

"Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır və orada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat edəb bir hadisədir. Bu addımı atanlar Azərbaycana və ya azərbaycanlılara hansısa maraqlar üçün təzyiq etdiyini düşünə bilər amma Azərbaycan və azərbaycanlılarda bu qərarın nə qədər hiddət doğurduğunun fərqində belə deyililər bəlkə də.

Çünki bütün azərbaycanlılar bu qərarın siyasi bir addım olduğunu anlayır və əgər belə deyilsə Moskva bu qərardan vazkeçməlidir. Ümid edirəm ki, Rusiya tərəfi bu məsələləri ətraflı araşdıracaq və ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək. Bu məsələdə erməni faktorunun təsirinə gəlincə təbii ki var çünki onlar hər zaman Azərbaycan və azərbaycanlılar əlehinə aktiv fəaliyyət göstərir və Moskvanın rəsmi dairələrində olan antiazərbaycan qüvvələri ilə ciddi işbirliyi qurublar. Amma burada söhbət daha da ciddi bir məsələdir.

Rusiyanın ÜAK-ı ləğv etməsi ciddi narahatçılıq, hiddət və təssüf doğurur və Azərbaycan-Rusiya münasibətlərinə sadəcə mənfi təsir edəcək. Ümid edirik ki Rusiyada bunu anlayacaq sağlam qüvvələr fəallaşacaqlar və bu qərarın ləğvi üçün addımlar atılacaq. Əks halda bu qərar daha ciddi mətləblərdən xəbər verəcək. Azərbaycan xalqı isə hər şeyin fərqindədir və bu yolla heç bir təzyiqi qəbul etməyəcək. Rusiyadan belə bir addım gözləyirdimmi? Şəxsən mən hər zaman onlardan bu cür addımları hər zaman gözləyirəm.

Çünki Rusiya əksər hallarda bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləmir. Ümid edirəm ki bu ölkədə yaşayan azərbaycanlılar ədliyyə nazirliyinin bu qərarının ədalətsiz olması ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına və Rusiya rəsmilərinə müraciətlərini davam etdirəcək və bu qərarın ləğvi üçün özəlliklə bu ölkədəki tanınmış azərbaycanlılar fəallıqlarını daha da artıracaqlar”.

 

 

İcmal.Az

RƏYLƏR