Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

OXUNUB: 270 SOSİAL
XX əsrin dahi şəxsiyyətləri sırasında Azərbaycan xalqının görkəmli nümayəndəsinin olması Azərbaycanın müasir demokratik dövlət quruculuğu prosesinə əhəmiyyətli təkan verib. Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində formalaşmış müasir Azərbaycan bu gün Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi qlobal arenada böyük nüfuz sahibidir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dövlət müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində yorulmaz fəaliyyətin simvoluna çevrilib. Dünyanın böyük qütbünə rəhbərlik edən, konfederativ quruluşa malik SSRİ-nin dövlət idarəçiliyində yüksək yer alan, yeganə müsəlman olan Heydər Əliyevin quruculuq fəaliyyəti, onun ətrafına olan professional yanaşması və insani münasibəti, multikultural dəyərlərə sadiqliyi tariximizin həmin mərhələsinin öyrənilməsini daha da vacib edir. Azərbaycan xalqının təmsilçisi olaraq Ulu Öndər vahid ittifaqda yer alan, habelə onunla dərindən əməkdaşlıq edən respublikalarla münasibətə xüsusi yer verib. Xüsusilə, vahid ittifaqın enerji mənbəyi olan Rusiyanın ərazisində meqa layihələrin həyata keçirilməsində beynəlmiləllik, tolerantlıq, yüksək idarəçilik prinsiplərini tətbiq etməklə, Heydər Əliyev müasir Azərbaycanın bugünkü qlobal çağırışların həllində gördüyü işlər üçün əvəzsiz təcrübə ortaya qoyub.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfərindən danışarkən deyib.

O qeyd edib ki, səfər çərçivəsində Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilən görüşdə Prezident İlham Əliyevin iştirak etməsi Ümummilli Liderin irsinin müasir çağırışlarda yer almasının bariz nümunəsidir.
 
 
"1940-1989-cü illərdə tikilən, ümumi uzunluğu 4300 kilometr təşkil edən BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralıdır. Həmin görüşdə o vaxtın canlı şahidi olmuş veteranlar tərəfindən də qeyd edildiyi kimi, BAM-ın tikinti işlərinin yekunlaşmasında hökumət komissiyasının rəhbəri olaraq Ümummilli Liderin misilsiz xidmətləri olub. Bu gün BAM təkcə Rusiya Federasiyası üçün yox, həmçinin demək olar ki, bütün Avrasiya məkanının logistik xəritəsinin formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, məhz əldə olunmuş təcrübə planetimizin və dünya əhalisinin daha yaxşı yaşaması üçün Azərbaycana "Şimal-Cənub”, "Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsinə töhfə verərək, qlobal nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün faydalılığını ortaya qoymağa şərait yaradır”, - deyə deputat bildirib.

O, Prezident İlham Əliyevin bu səfərini, eyni zamanda, Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskva Bəyannaməsinin icrasından irəli gələrək logistika və ticarət, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün növbəti bir addım kimi dəyərləndirib: "Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Eyni zamanda, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 1400-dən çox müəssisənin fəaliyyət göstərməsi, ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləğinin 300 milyon dollara yaxın olması iki dövlət arasında götürülmüş öhdəliklərə sadiqliyin əyani təzahürüdür. Müasir Azərbaycan tarixi ilə müasir Rusiya tarixinin eyni dönəmə təsadüf etməsi, geosiyasi mövqelərimiz, eləcə də xalqlararası münasibətləri nəzərə aldıqda görürük ki, iki ölkə arasında sülhə və regional sabitliyə əsaslanmış münasibətlər bu gün də uğurla inkişaf etdirilir”.
 
 

RƏYLƏR