Alim Qasımov ABŞ-da konsert verəcək

OXUNUB: 27 MƏDƏNİYYƏT

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert vermək üçün ABŞ-a gediblər.

İcmal.Az Report-a istinadla xəbər verir ki, onlar artıq "Leyli və Məcnun” konsertinin məşqlərinə başlayıblar.

Xanəndələr "Mark Morris” rəqs qrupu və "İpək yolu” ansamblının müşayiəti ilə Nyu-Yorkda 4 konsert proqramı ilə çıxış edəcəklər. Konsertlər 26, 27, 28 və 29 oktyabr tarixlərində "Rose” Teatrında baş tutacaq.

İcmal.Az

RƏYLƏR