Teatrda 332 minlik mənimsəmə - Bu şəxs məsuliyyətə cəlb edildi

OXUNUB: 1073 MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.
Xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.

RƏYLƏR