Qırğızıstanda Heydər Əliyevə həsr olunmuş "Xatirələr işığında" kitabının imza mərasimi keçirildi - FOTOLAR

OXUNUB: 1017 MƏDƏNİYYƏT
Qırğızıstan-Türkiyə Manas Universitetində Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Seyfullah Türksoyun Etibar Babayevlə birlikdə qələmə aldığı Ümummilli liderdən bəhs edən "Xatirələr işığında” kitabının imza mərasimi
keçirilib.

Mərasimə Türkiyənin Qırğızıstandakə səfiri Əhməd Sadiq Doğan, Azərbaycanın Bişkekdəki konsulu Şahin İsgəndərov, Qırğız-Türk Manas Universitetinin rektoru Alparslan Ceylan, Qırğız-Türk Manas Universitetinin prorektoru Mehmet Sezai Türk, Türkiyənin Qırğızıstan mədəniyyət müşaviri Alparslan Akınçı, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, qardaş ölkədə yaşayan azərbaycanlılar, ahıskalılar və ictimaiyyət nümayəndələri qatılıblar.

Üç qardaş ölkənin keçmişi və bu günü haqqında danışan çıxışçılar türk dünyası arasındakı əlaqələrin inkişafında Heydər Əliyevin önəmindən bəhs edib, Seyfullah Türksoyun onun anadan olmasının 100 illiyinə həsr etdiyi "Xatirələr işığında” kitabının gələcək nəsillərə türk dünyasının dahi şəxsiyyətinin tanıdılması baxımından önəminə diqqət çəkiblər.

İmza mərasimindən sonra Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdirilib.
 
 
 
 
 
 

RƏYLƏR