Allahşükür Paşazadə: “Dünyada islamofobiya artır”

OXUNUB: 516 SOSİAL
"Yaxın Şərqdə, Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə baş verən kütləvi iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”.


Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. 

Allahşükür Paşazadə deyib ki, hələ Sovet İttifaqı dövründə Əfqanıstanda, Fələstində və digər ölkələrdə yaşanan hadisələr özbaşına baş verməyib:

"Həmin Qərb dövlətləri hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdilər. Hazırda Avropada yaşanan miqrant böhranı nəticəsində gördülər ki, müharibələrdən özləri də əziyyət çəkir. İndi isə miqrantlara qarşı hasarlar çəkirlər. Dünyada islamofobiya artır. Nə qədər islamofobiya artırsa, İslam dövlətlərinin Avropaya olan münasibəti də dəyişir”./olke.az
 
İcmal.Az

RƏYLƏR