APA-da nə baş verir? - Vüsalə Mahirqızıdan açıqlama

OXUNUB: 941 SOSİAL
Azərbaycanda böyük mətbuat orqanlarından olan "APA Holding” MMC-yə daxil olan saytların fəaliyyəti 3 gündür ki, dayandırılıb.

İcmal.Az xəbər verir ki, saytların işləməməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilsə də, şirkətdən heç bir rəsmi açıqlama verilmirdi. Holdinqin rəhbəri Vüsalə Mahirqızı bu gün saytların fəaliyyətini dayandırması ilə bağlı öz feysbuk profilində qısa açıqlama verib. Şirkət rəhbəri bildirib ki, hazırda araşdırma aparılır: "Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
 
İcmal.Az

RƏYLƏR