Aprel hadisələrindən bəhs edən film çəkilib: Döyüşdən real görüntülər - VİDEO

OXUNUB: 924 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunin cəbhədə keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından bəhs edən yeni film çəkilib. 

 
İcmal.Az xəbər verir ki, «Xarı Bülbül ətri» adlandırılan filmdə aprel hadisələrinin real görüntüləri, Ermənistan ordusunun atəşə tutduğu cəbhə kəndlərində yaralanan dinc sakinlərin müsahibələri və Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarında iştirak edən hərbiçilərimizin fikirləri yer alır. Sənədli filmin çəkilişləri Azərbaycan Ordusunun işğalçı ermənilərdən azad etdiyi ərazilərdə aparılıb, həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçularımızdan bir neçəsinin xatirələrii işıqlandırılıb.

Film Azərbaycanda yeganə hərbi bloger Tofiq Şahmuradovun layihəsi əsasında ərsəyə gəlib. İstehsalçı «T.Z. Media» qrupudur. Filmin rəhbəri və ssenari müəllifi jurnalist Teymur Zahidoğlu, prodüseri Elgin Gəncimsoy, operatorlar Fəxri Məmmədov, Elgün Gəncimsoy, Ziyəddin Tağızadə və Ziya İsmayıloğlu, hərbi məslətçisi isə Azərbaycan Ordusunun ehtiyatda olan zabiti mayor Bakir Abdullayevdir.


İcmal.Az

RƏYLƏR