Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir

OXUNUB: 28 İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən yaylaqlara köç edən və qayıdan, eləcə də yaylaq və qışlaqlarda olan fermer təsərrüfatları üçün səyyar baytarlıq xidməti təşkil edilir.

Səyyar baytarlıq xidmətinin əsas məqsədi, heyvanların və quşların sağlamlıq durumunun müəyyənləşdirilməsi, lazım gəldiyi təqdirdə çimizdirilməsi, ilkin baytarlıq yardımlarının göstərilməsi, heyvan sahibləri arasında maariflənmə işinin təşkili, sahibkarlara, çobanlara və naxırçılara  tövsiyələrin verilməsidir.

AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə heyvanların mövsümə uyğun xəstəliklərdən qorunması, saxlanması və otarılmasına dair müvafiq məsləhətlər verilir, heyvan xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları göstərilir. Eləcə də zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrasının zəruriliyi, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər izah olunur. Xidmət çərçivəsində yerli baytar həkimləri ilə də görüşlər keçirilir və onlara yeni müalicə üsulları barədə məlumat verilir.

İcmal.Az

RƏYLƏR