Arşavinin həyat yoldaşı qalmaqala görə təyyarədən endirilib

OXUNUB: 984 İDMAN

Rusiyalı futbolçu Andrey Arşavinin həyat yoldaşı Anastasiya Kazmina Şeremetyevo hava limanında reysdən endirilib.

Bu barədə "Rossiya 24" telekanalına istinadən "Vesti.ru" məlumat yayıb.

Hadisə Moskva-Almaatı marşrutu ilə hərəkət edən təyyarədə baş verib.

Kazmina təyyarə yer ilə hərəkətdə olan zaman uşağın bezini dəyişmək istəyib. O, stüardların təhlükəsizlik tədbirlərinə riayət etmək xahişlərinə məhəl qoymayıb və salonda gəzməkdə davam edib.

Nəticədə hava gəmisinin komandiri uçuşu dayandırmaq və polis çağırmaq qərarına gəlib. Kazmina reysdən endirilib, lakin o, saxlanılmayıb. Hadisəyə görə uçuş iki saata yaxın gecikib.

Futbolçunun həyat yoldaşı Almatıya digər reys ilə uçmalı olub./report

 

İcmal.Az


RƏYLƏR