AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

OXUNUB: 835 SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda Azərbaycanda səfərdədirlər.

Səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Ombudsmanla görüşlər keçirməyi planlaşdırırlar.

Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə də görüşlər keçirəcək.

Səfər iyunun 14-də başa çatacaq./report

 

İcmal.Az

RƏYLƏR