"Şuşa ilə bağlı Sərəncam çox mühüm tarixi və siyasi əhəmiyyətə malikdir" - ŞƏRH EDİLDİ

OXUNUB: 166 SİYASƏT
”Cənab Prezident tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqda Sərəncamı çox mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Əsas da o baxımdan ki, Şuşa bir tək Azərbaycan üçün deyil, bütünlükdə Türk və İslam dünyası üçün müqəddəs məkandır və belə bir məkanda son dərəcə nüfuzlu təşkilatların tədbirlərinin düzənlənməsi, planlanması həqiqətən də böyük hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Deputat sözlərinə belə davam edib: "Biz Şuşanı hər zaman və xüsusən mədəniyyət paytaxtı kimi tanımışıq. Amma hazırda atılan və bundan sonra atılacaq addımlar Şuşanın daha geniş, daha qlobal masştabda tanınması üçün ciddi zəmin yaradacaq. Eyni zamanda sərəncamdan irəli gələn məsələlər, fəaliyyət planı hazır olandan sonra bu barədə daha geniş danışmaq imkanımız olacaq.

Və bu məqamda ürəyimdən keçən bir düşüncəni sizlərlə bölüşmək istəyirəm: Vaxt vardı, Şuşa bizim üçün xəyal idi, arzu idi, yuxu idi. İndi isə orada keçiriləcək tədbirləri, Şuşa ilə bağlı sərəncamı müzakirə edirik. Həqiqətən böyük bir xoşbəxtlikdir. Həqiqətən möcüzədir. Həqiqətən qeyri-adi hissdir. Tanrı Prezidentimizi və xalqımızı qorusun. Şükür bu günlərə”.

RƏYLƏR