Atasını yandıran şəxsə hökm oxundu

OXUNUB: 589 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 81 yaşlı atasını yandıraraq öldürməkdə ittiham olunan İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror məhkəmədən onun 20 illik azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, hadisə  bu il yanvarın 31-də Bakının Maştağa qəsəbəsində baş verib. Təqsirləndirilən İlyas Mehdiyev ailə münaqişəsi zəminində atası İmdad Mehdiyevin üzərinə benzin tökərək, onu yandırıb.

İ. Mehdiyev hadisə yerində dünyasını dəyişib.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirləndirilir.

İcmal.Az

RƏYLƏR