Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobus dənizə düşüb.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub.
20 nəfərin həyatını xilas etmək mümkün olub, lakin 5 nəfərin taleyi hələ naməlumdur.
Məlumata əsasən, avtobus dörd metr hündürlükdən suya düşüb.
Qəzaya əsas səbəb kimi yol hərəkəti qaydalarının pozulması göstərilir.
İcmal.Az