Meyxanaçılar Rəşad Dağlı, Vüqar Biləcəri və digərləri Aydın Xırdalanlının olduğu məclisdə onun haqqında təsirli meyxana deyiblər.
İcmal.Az A24.Az-a istinadən xəbər verir ki, son zamanlar səhhətində ciddi problem olduğu deyilən Aydın meyxanadan kövrəlib.
Meyxanaçılar ona səhhətinə qulluq etmədiyinə görə irad tutublar.
Xatırladaq ki, A.Xırdalanlı 2001-ci ildə ANS-in keçirdiyi "De, gəlsin” meyxana çempionatının qalibi olub və qızıl nidanı qazanıb.
İcmal.Az