Aygün Kazımova xoruzlarla kamera qarşısına keçdi: “Baş cücə mən idim...” – FOTOLAR

OXUNUB: 1078 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin ən pozitiv layihəsini həyata keçirib.

O,dünya şöhrətli uşaq mahnısı olan "Cücələrim”i öz repertuarına daxil edib:

"Bu mahnını bilməyən insan yoxdur. "Cücələrim” mahnısının bu il 70 illiyi tamam olur. Dünyanın ən məşhur uşaq mahnısıdır. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa olunub. Mən də bu mahnıya öz töhvəmi verdim”.

Aygün Kazımova bildirib ki, bu mahnıya sevgisi uşaqlığından bu günə kimi davam edir:

"Məktəbdə oxuyarkən "Cücələrim” ansamblının baş cücəsi idim. Bu gün isə bu layihənin prodüseri mənim yeni musiqi prodüserim olan Kahaber Tsiskaridzedir. Onunla bir neçə layihəlik müqavilə bağlamışam. "Cücələrim” bizim başlanğıc işimiz oldu. Ard-arda işlər görəcəyik. O, Gürcüstanın məşhur DJ-i, musiqiçisi, prodüseri və ictimai xadimidir. Bu il Tiflis merliyinə namizəd idi. Azərbaycana da məhz "Cücələrim” proyektinə görə gəlib

Obrazımın üzərində isə illərdir mənimlə ən böyük layihələrimdə komandamın üzvü olan Ruxa, Tural Atazadə və Rüfət İsmayıl çalışıb. Layihənin ümumi prodüseri isə Şahin Qurbanovdur”.

"Cücələrim” layihəsi üçün Aygün Kazımova xüsusi fotosessiya da etdirib.

Fotoların müəllifi Orxan Aslanov, layihənin art direktoru isə Anar Hüseynovdur.

Qeyd edək ki, "Cücələrim” mahnısının musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllibova aiddir../publika

İcmal.Az

RƏYLƏR