Ayın sonunda qasırğa olacaq (XƏBƏRDARLIQ)

OXUNUB: 538 SOSİAL
Sentyabr ayının sonlarında Günəşdə geomaqnit qasırğası gözlənilir.

İcmal.Az xəbər verir ki, 27-28 sentyabrda G2 səviyyəsində orta qasırğa baş verəcək. 

Bu ilin ən güclü geomaqnit qasırğaları may və avqust aylarına təsadüf edib. Təbiət hadisələrinin gücü müvafiq olaraq G3 və G2 səviyyəsində olub.

Qeyd edək ki, qasırğalar səhhətində problem olan şəxslərdə baş ağrıları, miqrenin ağırlaşması, yuxusuzluq, stress və digər narahatlıqlara səbəb ola bilər. Belə dövrlərdə Günəş altında çox gəzməmək, maye qəbul etmək, kofein və alkoqoldan imtina etmək, həmçinin kömpüter, telefonlardan istifadəni azaltmaq tövsiyyə edilir.

İcmal.Az

RƏYLƏR