Azarkeşlərin səslərinə tab gətirə bilməyən futbolçu GÖRÜN NƏ ETDİ - FOTO

OXUNUB: 854 İDMAN
Dünən gecə Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən "Beşiktaş” – "Leypsiq” matçı maraqlı hadisələrlə yadda qalıb.

2:0 Türkiyə təmsilçisinin ütünlüyü ilə başa çatan matçın ilk hissəsində rəqib komandanın hücumçusu meydanı tərk edib.

"Leypsiq” komandasının ulduzu Timo Verner "Beşiktaş” azarkeşlərinin yüksək səsinə tab gətirə bilməyib və qulağına tıxac taxıb. Lakin bununla da problem həll edə bilməyən hücumçu matçın 32-ci dəqiqəsində meydanı tərk edib.

Qeyd edək ki, hücumçu oyundan əvvəl təşkil edilən mətbuat konfransında "Biz "Bayern Münih” və "Dortmund”a qarşı oynadıq, "Beşiktaş”ın atmosferi bizə təsir etməz” demişdi.
Futbol mütəxəssisləri bu hadisəni tarixdə bir ilk kimi dəyərləndirib./publika.az

İcmal.Az
Azarkeşlərin səslərinə tab gətirə bilməyən futbolçu GÖRÜN NƏ ETDİ - FOTO

RƏYLƏR