Azər Verdiyev: “2018-ci il ölkəmiz üçün bir çox tarixi hadisələrlə yadda qalacaq”

OXUNUB: 1403 SİYASƏT TƏHLİL

2018-ci il ölkəmiz üçün bir çox tarixi hadisələrlə yadda qalacaq. Cümhuriyyətin 100 illiyindən tutmuş Prezident seçkilərinə qədər il ərzində maraqlı olaylar yaşanacaq.

Bu sözləri Qlobal Araşdırmalar Liqasının sədri, ekspert Azər Verdiyev 2018-ci ilin perspektivlərini dəyərləndirərkən deyib: "Nazirlər kabinetinin iclasında Prezident İlham Əliyev 2017-ci ilin uğurlarından danışdı. Bundan başqa müşavirədə 2018-ci ilə baxış, prioritet və perspektivdə olan məsələlər müzakirə olundu. Bu ilin "Cumhuriyyət” ili elan edilməsi isə ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq. Bundan başqa bu il iqtisadi sahədə ciddi islahatlar gedəcək. Azərbaycan ötən il start verdiyi bir çox iqtisadi layihələrə bu il yekun vuracaq. Hesab edirəm bu il həm də siyasi sahədə, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün qorunması şərti ilə həlli istiqamətində ciddi addımlar atılacaqdır. Bütövlükdə, 2018-ci ilin pozitiv yekunlaşacağına proqnoz vermək o qədər də çətin deyil.”

7NEWS.az

RƏYLƏR