Paşinyan nə keçirdiyi görüşlərə, nə də qarşıladığı qonaqlara güvənməsin - TƏHLİL

OXUNUB: 331 SİYASƏT TƏHLİL

"Ermənistan da, onun rəhbəri Paşinyan da gec-tez anlayacaq ki, bölgədə sabitliyi təmin etməyin yeganə yolu sülh müqaviləsini imzalamaq, eyni zamanda üçtərəfli bəyanatlarda nəzərdə tutulan öhdəlikləri icra etməkdir. İmitasiya, zaman uzatmaq, təxribatlar törətmək, mənasız təlimlər keçirmək onlara heç nə verməyəcək. İtirə-itirə gedəcəklər. Quyunun daha da dibinə enəcəklər. Üstəlik, nə indiki nə də sonrakı mərhələdə kimsə ermənini qoruya bilməz. Çünki Azərbaycanın "dəmir yumruq”u yerindədir. Güclü olan və qalib gələn tərəf Azərbaycandır. Ermənistan da məlum reallıqla barışmalı, ağlını başına yığmalı, sülh müqaviləsini imzalamalıdır” – 7NEWS.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.


"Paşinyan nə keçirdiyi görüşlərə, nə də qarşıladığı qonaqlara güvənməsin. Ədalət, haqq Azərbaycanın tərəfindədir. Yəni, güclü də olan bizik, haqlı da olan. Bundan sonra sabitliyin bərqərar olma prosesinə Ermənistan əngəl olmaq istəsə onsuzda düçar olduğu fiaskonun daha da dərinliyinə enəcək, daha da batacaq, daha da rəzil günə qalacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

"Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir”

 

7NEWS.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Deputat İlham Məmmədov deyib: "Xalqımız 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. "Zəfər Yürüşü"ndə Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Müzəffər ali baş komandanın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa və məğlubiyyətini qəbul etməyə məcbur etdi. Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”

"Bu, artıq xalq da yox, tək sözdə deyil, əməldə də müstəqil bir dövlətin bütün yükünü çiynində daşımağa hazır olan, ona qüdrəti çatan millətdir


7NEWS.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Deputat Sahib Alıyev deyib: "27 Sentyabr bizim üçün sadəcə anım günü deyil. Bu, tarixin Azərbaycanın və azərbaycanlıların əleyhinə yönələn 200 illik gərdişinin lehimizə dəyişməsinin himinin qoyulduğu gündür. Ədalətsizlik, ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərinin sındırılmasına da məhz sentyabrın 27-də başlandı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliev bütün risqləri göz önünə alaraq arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla sayın Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu gün. Çağdaş dünya tarixində ilk dəfə idi ki, seçilmiş güclülərdən sayılmayan bir dövlət BMT-nin məhz həmən seçilmişlərin çoxunun geosiyasi marağına cavab verdiyi üçün yerinə yetirilməyən 4 qətnamasini özü təkbaşına reallaşdırmağa atıldı və onu bacardı. İki il öncə bu gün sıradan döyüşlər getmədi. Bu, 21-ci əsrdə PUA-ların artilleriya ilə əlaqəli, sinxron şəkildə geniş tətbqinin baş verdiyi ilk savaş idi. Bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi. Həm də onları ən çağdaş izləmə sisetemi(ABŞ)ndən tutmuş S-300 və "İsgəndər M” zenit-raket kompleksi(Rusiya)nədək hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsülzlüyü haqda daşlaşmış ehkamlar çökdü. Yeri gəlmişkən, bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin arxasında həm də bu durur. Ona görə də 27 Sentyabr Azərbaycanın cəsarəti, əzmi ilə dünyanı heyrətləndirməyə başladığı gündür. Bu gün göstərdi ki, Qafqazda 7-dən 77-yə hər bir təmsiçisi-körpəsi də, yeniyetməsi də, gənci də, yetkini də, yaşlısı da, qızı da, qadını da özünü əsgər hiss edən, əsgər kimi aparan ləyaqətli bir xalq var. Bu, artıq xalq da yox, tək sözdə deyil, əməldə də müstəqil bir dövlətin bütün yükünü çiynində daşımağa hazır olan, ona qüdrəti çatan millətdir. Şəhidlərimizin ruhları qarşısında baş əyir, millətimlə qürur duyuram!

Cavid Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.7

 

RƏYLƏR