Azərbaycan Avropa Hərəkatının Əziz Qaraşoğlu ilə bağlı prezidentə müraciət etdi - MƏTN

OXUNUB: 838 SİYASƏT
7NEWS.az xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının prezidenti "Kanal 13” elektron media qrumu ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciəti təqdim edirik: 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Vitse-prezident Mehriban xanım Əliyevaya
Azərbaycan Avropa Hərəkatı tərəfindən

M Ü R A C İ Ə T

Möhtərəm cənab Prezident! Hörmətli Mehriban xanım!
Son zamanlar ölkəmizdə islahatların getdiyini, bu prosesin vacibliyini və daha da genişlənəcəyini bəyan etmisiniz. Bu istiqamətdə fəaliyyətlərə rəhbərlik edirsiniz. Belə açıqlamalar vətəndaşlarda ruh yüksəkliyi və gələcəyə ümid yaradır. Çox təəssüflər olsun ki, bir çox halda bəyan edilən siyasətin əksinə baş verən aktların şahidi oluruq. Siz öz çıxışlarınızda dəfələrlə demisiniz ki, belə hallarda cəmiyyətin Sizi məlumatlandırması, neqativ və ədalətsiz hadisələrə qarşı ictimai qınağının olması lazımdı. Bu səbəbdən də müstəqil elektron media qurumu olan KANAL 13 onlayn televiziyasının rəhbəri Əziz Orucov Qaraşoğlu barəsində ədalətli qərarların qəbul edilməsini Sizdən xahiş edirik.
Çox hörmətli cənab Prezident və vitse-Prezident!
Əziz Orucov obyektiv, səmimi, peşəkar jurnalistdir. Ölkəmizdə ilk onlayn televiziyanın (KANAL 13) qurucusu və rəhbəridir. Onun üzləşdiyi problemlər – Bakı şəhərində evinin əlindən alınması, Bərdə rayonunda özünə məxsus torpaq sahəsinin saxta yolla adından çıxarılması, üzərində şərti cəzanın saxlanılması, ümumvətəndaşlıq pasportunun verilməməsi hallarıdır.
Sizi bu məsələ ilə bağlı məlumatlandırmaqda məqsədimiz müraciətimizdən sonra ədalətli mövqeyinizin şahidi olacağımıza əminlikdi.
Dərin hörmətlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının prezidenti

RƏYLƏR