Azərbaycan çempionatı nə vaxt başlayacaq?

OXUNUB: 1068 İDMAN
Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün nə vaxt start götürəcəyinə böyük ölçüdə aydınlıq gəlib.

İcmal.Az bildirir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına verdiyi məlumata görə, ölkə çempionatında yeni mövsüm son illərlə müqayisədə bir qədər gec başlayacaq.

Belə ki, mövsümün avqustun ikinci yarısında start verəcəyi gözlənilir. Qarşılaşmaların adətən həftəsonu keçirildiyini nəzərə alsaq, ilk turun ayın 18-20-də keçiriləcəyini söyləmək olar. Bu isə o deməkdir ki, ilk oyun avqustun 18-də baş tutacaq və bununla da, ölkə futbolundakı 110 günlük fasilə yekunlaşacaq. Mövsüm gələn ilin mayında başa çatacaq. 
 
Qarşıdakı mövsümdə Premyer Liqada 8 komanda - "Qarabağ", "Qəbələ", "İnter", "Zirə", "Kəpəz", "Sumqayıt", "Neftçi" və "Səbail" mübarizə aparacaq.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının başa çatan 2016/2017 mövsümünə isə ötən il, avqustun 6-da start verilmişdi.
 
İcmal.Az

RƏYLƏR