Azərbaycan Dəmir Yollarında qiymətlər qalxacaqmı?

OXUNUB: 1242 İQTİSADİYYAT

İyulun 14-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib. 

İclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin "Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının rəsmi saytında yerləşdirilən məlumata əsasən, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə  kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq edilir. Bu isə qiymətlərin 20% artırılması deməkdir.  

İcmal.Az

RƏYLƏR