Azərbaycan əleyhinə iş aparan Arzu Qeybullayeva kimdir?

OXUNUB: 188 GÜNDƏM SİYASƏT

Aynur Camalqızı: "Bir qrup azərbaycanlı jurnalist, QHT təbəqəsi var ki, ölkəmizə düşmən kimi yanaşırlar...”

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Arzu Qeybullayeva Azərbaycan əleyhinə fəaliyyətinə ara vermir. Avropada keçirilən müxtəlif tədbirlərdə də bu xanım jurnalist ölkəmiz əleyhinə səsləndirdiyi neqativ fikirləri ilə gündəmə gəlir.

Son olaraq, 12-15 oktyabr aralığında Avstriyada keçirilən, ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərlərinin keçirdiyi "İnternet azadlığı konfransı: internet medianın rolu və vəzifələri” adlı konfransda A.Qeybullayevanın çıxışı ciddi narazılıq yaradıb. Tədbirdə Azərbaycanı təmsil edən ASGA sədri Səbuhi Abbasov xanım jurnalistin vaxtilə erməni mediasında çalışdığını vurğulayaraq, ona sərt reaksiya verib: "Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu, sadəcə, mümkün deyil. Digər bir tərəfdən, biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir”.

Göründüyü kimi, uşaqlıq dövrünü Azərbaycanda keçirən və sonradan müxtəlif Avropa ölkələrində olan A.Qeybullayeva anti-Azərbaycan mövqeyini nümayiş etdirməkdən çəkinmir. Onun kimliyi və indiyə qədər ki fəaliyyəti maraq doğurur.

A.Qeybullayeva 1983-cü ildə Bakıda doğulub. 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxuyub. Ankaranın Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos” qəzetində yazar olub. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Sabitlik Təşəbbüsü Mərkəzində çalışıb. 2010-cu ildə ailə qurduqdan sonra İstanbulda yaşayıb və indi ABŞ-da yaşayır.

Onun atası Qeybulla Qeybullayev professordur və Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtlarda onun Avrasiya məsələləri üzrə müşaviri vəzifəsini yerinə yetirib. 2002-ci ildə vəfat edib.

İndinin özündə olduğu kimi, A.Qeybullayevanın məlum mövqeyi daim qınaqlara tuş gəlir. Ölkəmizdə müxtəlif sahələrin nümayəndələri onu bu mövqeyinə görə sərt şəkildə qınayırlar.

Image result for Arzu Qeybullayeva

"Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı "Yeni Müsavat”a açıqlamasında həmkarının mövqeyinə bu cür münasibət sərgilədi: "Düşünürəm ki, bu insanlar doğrudan da Azərbaycanı tanımırlar. Yaxud hansısa siyasi qüvvələrin, təşkilatların təsiri altındadırlar ki, öz ölkələri haqqında bu cür düşmən kimi danışırlar. Jurnalist, blogger, tanınmış bir şəxs olmaq o demək deyil ki, sən mütləq bütün gördüklərinə radikal, tənqidi mövqedən yanaşmalısan. Müxalifətə yaxın radikal gənclər arasında bir dəb yaranıb. İnsanlar yeri gəldi-gəlmədi, tənqidə zərurət varmı, ya yox, bunları nəzərə almadan radikal şəkildə tənqidçilikdə məşğul olurlar. Düşünürəm ki, bunlar sadəcə onların təsir altında olduğunu göstərir.

Image result for Aynur Camalqızı

Azərbaycanda kiminsə nəyisə tənqid etməyinə heç bir qadağa yoxdur. Ölkəmiz kifayət qədər demokratikdir. İnkişaf edən və etməkdə olan dövlətik. İstər müxalif, istər müstəqil, istərsə də, hakimiyyət mediası olsun, lazımı gələndə tənqidi yazılar dərc olunur. Sizin bu sualı niyə qoyduğunuzu yaxşı anlayıram. Ölkəmizdən kənarda olan bu tipli azərbaycanlıların belə mövqelərinin şahidi olduğumuz zaman bu istər-istəməz qəlbimizi ağrıdır. Arzu Qeybullayevanın atdığı addımlara, ölkəmizə olan düşmən mövqeyinə heç bir şəkildə haqq qazandırmaq mümkün deyil. İstənilən halda bu, yaxşı hal deyil. Ölkədən kənarda erməni bloggerlərinin, jurnalistlərinin dövlətlərinə olan mövqelərini çox görmüşük. Bir qrup azərbaycanlı jurnalist, QHT təbəqəsi var ki, ölkələrinə düşmən kimi yanaşırlar. Bəzən olub ki, beynəlxalq tədbirlərdə qeyri-rəsmi şəkildə onlarla söhbət etmişəm. Onlarla söhbət zamanı hətta onların haqsız olduqlarını sübut etmək elə də çətin olmur. Ölkəmizdə müəyyən tənqidi sahələr olduğu kimi, kifayət qədər inkişaf edən, təqdir olunmalı sahələr də var. Buna baxmayaraq, bunları görməməzlikdən gəlmək düşünürəm ki, həddindən artıq ədalətsiz yanaşmadır. Nəzərə alaq ki, Azərbaycanın Dağlıq Qarabağ kimi bir problemi var. Bunun üçün də  beynəlxalq tədbirlərdə daha çox Qarabağın azadlığı yönündə öz imkanlarımızı, gücümüzü birləşdirməli, səfərbər etməliyik, nəinki bir-birimizə qarşı mübarizə aparmaq. Ölkənin daxilində bir-birimizi sevməyə, qəbul etməyə bilərik. Amma ölkədən kənarda belə olmamalıdır. Bu baxımdan hesab edirəm ki, Arzu Qeybullayevanın hərəkəti təqdir oluna bilməz”./musavat


 

İcmal.Az

RƏYLƏR