Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər

OXUNUB: 918 SİYASƏT

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin yaxın zamanlarda üçtərəfli görüşü keçiriləcək.

İcmal.Az News.az-a istinadən məlumat verir ki, Elmar MəmmədyarovMixail Canelidze, və Mövlud Çavuşoğlunun görüşü Bakıda baş tutacaq.

Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Xatırladaq ki, bu, üç ölkənin xarici işlər nazirlərinin Altıncı Üçtərəfli Görüşüdür.

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin daha öncəki görüşü 19 fevral 2016-cı il tarixində, Gürcüstanın paytaxtı Tbilisidə baş tutub. 

Məlumata əsasən, yaxın zamanlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin də üçtərəfli görüşü keçiriləcək.

İcmal.Az

RƏYLƏR