Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlanıb

OXUNUB: 1436 İDMAN
"9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də simulyantlar, 1-də isə narkotiklər aşkarlanıb. Daha 1 idmançıda isə müxtəlif steroid üzə çıxıb".

İcmal.Az xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Şəfəq Hüseynli qeyd edib ki, velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib. 

Şəfəq Hüseynli vurğulayıb ki, müsbət nəticələrdən əlavə, yoxlamalar zamanı bodibildinqdə şübhəli - atipik nəticə halına rast gəlinib. Anti-dopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, könüllü şəkildə etiraf 1 dəfə, məkan məlumatları pozuntusu halları isə 8 dəfə baş verib.

Şəfəq Hüseynli həmçinin qeyd edib ki, 2017-ci ildə Azərbaycanda Milli Antidopinq Proqramı çərçivəsində, ümumillikdə, 402 test keçirilib. "Bu testlərdən 260-ı yarışdan kənar müddətdə (56 qan və 204 sidik nümunəsi), 142-si yarış müddətində edilib: "Bundan əlavə, 12 idmançının bioloji pasportu yaradılıb (idmançının bioloji pasportu 12 ay ərzində idmançıdan azı üç dəfə dopinq testinin götürülməsi deməkdir). Milli proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında AMADA test keçirir. 2017-ci ildə ümumi 207 test sifariş edilib, bunlardan 167-si yarış müddətində, 40-ı yarışdankənar təşkil edilib. 6 futbol oyunu zamanı 27 test, eyni zamanda oyundankənar 21 test keçirilib. Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 402 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiyaçını əhatə edib".

İcmal.Az

RƏYLƏR