Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib ki, Azərbaycan 2017-ci ildə OPEC+ razılaşması çərçivəsində götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
Z.Əliyeva əlavə edib ki, Azərbaycan dekabr ayında OPEC-in monitorinq komitəsinə gündəlik neft hasilatı (810 min barel) barədə məlumatları təqdim edib.
Əliyeva Azərbaycanın neft hasilatının ixtisarı ilə bağlı götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirdiyini vurğulayıb./oxu
İcmal.Az