Azərbaycan Prezidentinin ailəsində ÖZƏL GÜN - FOTO

OXUNUB: 1057 SİYASƏT

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəvəsi Əzizənin doğum günüdür.

İcmal.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın instaqram səhifəsində məlumat verilib. L.Əliyeva sosial şəbəkədə Əzizə ilə fotosunu paylaşıb.

Qeyd edək ki, Əzizə Prezident İlham Əliyevin kiçik qızı və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın ikinci övladıdır.

Arzu Əliyeva 2011-ci ildə iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. Onların Aydın adında daha bir oğlan övladları var.


 

İcmal.Az

RƏYLƏR