Azərbaycan tütünü Rusiyaya buraxılmadı

OXUNUB: 823 SOSİAL

RF-nin Azərbaycanla dövlət sərhədinin Dağıstan "Yaraq-Kazmalar” keçid məntəqəsi hissəsində Dağıstan Respublikası üzrə Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən karantin fitosanitariya yoxlaması aparılıb. Aparılan  yoxlama nəticəsində Azərbaycandan gətirilən 19,295 ton tütün xammal ölkəyə buraxılmayıb.      

Buna əsas "Ümumrusiya Bitkilərin Karantini Elmi-tədqiqat institutunun” Federal büdcə İdarəsinin Dağıstan filialının çıxarışı olub. Çıxarışda gətirilən tütündə zərərli obyekt – çöl küskütünün olduğu faktı təsdiqlənib. /oxu

 İcmal.Az


RƏYLƏR