Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib

OXUNUB: 637 Özəl İQTİSADİYYAT BANK
 
Yelo Bank mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu dəfə Bankın dəstəyi ilə "İşgüzar 5 çay” adlı forum keçirilib. "Lider, yoxsa rəhbər?” mövzusunu əhatə edən forumda 20 sahibkar qadın, AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) İdarə Heyətinin sədri Səkinə Babayeva, Yelo Bank-ın İnsan Kapitalının İdarəedilməsi departamentinin direktoru Məhbubə Ziyatlı və bankın digər əməkdaşları iştirak ediblər.
 
Forumun keçirilməsində əsas məqsəd "Lider və rəhbər necə olmalıdır?", "Hər rəhbər Lider ola bilərmi?", "Ən vacib liderlik xüsusiyyətləri hansılardır?" kimi suallara sahibkar xanımlarla birlikdə müzakirə şəklində cavab tapmaq və onları gələcək karyeralarında rəhbər, yaxud lider olmağın çətinlikləri və üstünlükləri haqqında məlumatdırmaqdır.
 
Forumda biznes təlimi üzrə psixoloq Aidə Qasımova və şüuraltı terapiya üzrə mütəxəssis Aytən Hüseynzadə liderlik və rəhbərlik haqqında iştirakçıları məlumatlandıraraq onların oxşar və fərqli xüsusiyyətlərini vurğuladılar. Həmçinin sahibkar xanımlarla birlikdə müzakirələr əsasında lider və rəhbərin xarekterik xüsusiyyətlərini də aydınlaşdırmağa çalışdılar.
 
Qeyd edək ki, Yelo Bank üçün real sektorun, xüsusilə kiçik və mikro sahibkarlıqla məşğul olan xanımları dəstəkləmək prioritetdir. Bu mövzuda Bank bundan sonra da təşəbbüskar layihələrinə davam edəcək.

Mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 



RƏYLƏR